9 Şubat 2016 Salı

Quranda təbliğ və mübahisə

Giriş

Allah Quranda iman gətirənlərin başlıca ibadətlərindən birinin təbliğ, yəni Quranda bildirilən həqiqətləri insanlara çatdırmaq və onları iman gətirməyə dəvət etmək olduğunu bildirir. Belə ki, bu ibadət həyatın hər sahəsini əhatə edir. Mömin yaşadığı müddət ərzində sözləri və hərəkətləri ilə Allahın dinini digər insanlar arasında yaymaqla və islamı təmsil etməklə vəzifələndirilmişdir.
Möminlərin öz aralarındakı danışıqları da əslində qarşılıqlı bir təbliğdir. Onlar da bir-birini Quranda bildirilən hökmlərə tabe olmağa, Quranda tərif edilən əxlaqı göstərməyə dəvət edir. Bir sözlə, möminin başlıca işi və əsas metodu təbliğdir.
Buna baxmayaraq Qurana görə, inkarçılara aid olan “xarakteristik” üslub isə mübahisədir. Ona “Adəmə səcdə et” (“İsra” surəsi, 61) əmrini verdikdə Allahla - Allahı tənzih edirik - mübahisə edən şeytandan başlayaraq bütün inkarçılara xas olan mübahisə xudbinliyin nəticəsidir ki, bu da təbliğin əksinə olaraq insana heç bir şey qazandırmaz.
Ümumiyyətlə, mömin hər zaman təbliğ tərzini qorumalı və inkarçılara aid bir üsul olan mübahisəyə əsla meyllənməməlidir. Allah bir ayəsində möminin mübahisədən uzaq duran və hər zaman təbliği hədəf seçən bir davranışını belə bir hökmə bağlayır:
“Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara de ki: “Siz də təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Şübhəsiz, Allah Özü bəndələrini görəndir!” (“Ali-İmran” surəsi, 20).
Bu kitab təbliğin və mübahisənin xırdalıqlarını açıqlamaq üçün yazılıb. Təbliğin hansı məntiq və üsullarla aparılacağı bu kitabda təfsilatı ilə incələnmiş, bununla yanaşı mübahisəni yaradan şeytani xarakter də Quran ayələri ilə təhlil edilmişdir.
Məqsəd hər şeydə olduğu kimi danışıq üsullarında da Allahın bəyəndiyi yolu seçmək və Onun məsləhət görmədiyi çirkin yoldan çəkinməkdir.

Quranda Təbliğ (01/11)

De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!” (“İsra” surəsi, 81).

Təbliğat aparan möminin özünü tanıtması

“Şübhəsiz ki, mən sizin üçün etibar olunası, bel bağlanası bir peyğəmbərəm!” (“Şüəra” surəsi, 107).
Cahil cəmiyyətlərdə insanlar bir-biri ilə yalnız mənfəət xatirinə münasibət qurur. Bir insanın digərinə qayğı göstərməsinin arxasında mütləq mənfəət güdülməsi dayanır. Təbii ki, bu vəziyyət cahil cəmiyyətin bir çox üzvü tərəfindən də dərk edilir. Bunun nəticəsi olaraq da bu insanlar onlara göstərilən münasibətin müqabilində “görəsən necə bir mənfəət gözləyir” şəklində fikirləşirlər. Əgər bir kimsə yeni bir “dünyagörüşü” yaratmağa çalışsa, bu refleks yenə dəyişməz. Həmişə “mənə bunu başa salmaqda nə marağı var” sualı ağıllarının bir küncündə durur.
Ancaq möminin təbliğdə, yəni Allahın dinini yaymaqda yeganə məqsədi Allahın ona fərz qıldığı bir ibadəti yerinə yetirməkdir. Bu hərəkəti ilə sadəcə Allahı razı salmağı, Onun mərhəmət və sevgisinə nail olmağı hədəf seçmişdir. Bu səbəbdən də danışdığı insandan heç bir mənfəət güdməz. Əlaqə qurduğu insan dini qəbul etdiyi zaman ondan özü üçün heç bir şey istəməyəcək. Çünki anlatdıqları öz şəxsi fikirləri deyil, kainatı yoxdan var edən Allahın dinidir.
Ancaq cahil insanlar bu vəziyyətdən xəbərsizdir. Qarşıladıqları insanın bir mömin olduğunun çox vaxt fərqində belə olmurlar. Fərqində olsalar belə, möminin mənfəət güdməmək kimi bir xüsusiyyətinin olduğunu bilə bilməzlər. Bu səbəbdən bir mömin təbliğ məqsədi ilə onlara yaxınlaşsa, Allahın dinini anlatmaq istəsə, böyük ehtimalla “bu insanın bunları deməkdə məqsədi nədir, məndən nəsə umur” kimi düşüncələrə qapılacaqlar.
Buna görə də buyrulur ki, qarşı tərəfi bu düşüncələrdən çəkindirmək təbliğindəki ən başlıca məsələlərdən biridir. Ünsiyyət qurulan tərəfə heç bir mənfəət əlaqəsinin olmadığı, təbliğdəki yeganə məqsədin Allahın rizası olduğu başa salınmalıdır.
Rəsullar da təbliğlərində bu üsuldan istifadə etmişdi. Quranda peyğəmbərlərin qövmlərinə xitablarına baxdıqda onların öz qövmlərinə əvvəlcə etibarlı olduqlarını vurğuladığı görünür. Məsələn, Ad tayfasına göndərilən hz. Hud belə demişdir:
“...Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə Allaha şərik qoşmaqla yalnız iftiraçısınız! Ey camaatım! Mən buna görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?” (“Hud” surəsi, 50-51).
Hz. Nuh isə ona “...Biz sizi yalançı hesab edirik...” (“Hud” surəsi, 27) deyən qövmünə qarşı belə söyləmişdi: “Dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa; istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?! Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aiddir...” (“Hud” surəsi, 28-29).
Təbliğ tətbiq edilən insanın narahatçılığına bəhsi keçən mənfəət şübhəsi ilə yanaşı digər müxtəlif amillər də səbəb ola bilər. Cahil cəmiyyətdə “zərərli” və “təhlükəli” insanlarla qarşılaşmağa, onlardan uzaq olmağa və onlarla təmkinli davranmağa adət edilmişdir. Buna görə də o bu refleksin bir nəticəsi olaraq bəlkə möminlərdən də çəkinə bilər. Ona zərər verəcək insanlarla qarşılaşdığı kimi yersiz və mənasız şeylər düşünə bilər. Xüsusilə də möminlərin inkarçıların qabaqcıllarına qarşı irəli sürdükləri fikri mübarizədən narahat olub müdafiə psixologiyasına qapıla bilər.
Bu vəziyyətdə də qarşı tərəfə etibarlılığın vurğulanması və sahib olduğu ehtimalı ya da görünən qorxuların bir-bir dəf edilməsi lazım gəlir. Əgər qarşı tərəf möminlərin inkarçıların qabaqcıllarına qarşı irəli sürdüyü fikri mübarizədən narahat olmuşsa, əvvəlcə edilənlərin Quran ayələrinə söykənən məntiqi geniş şəkildə açıqlanmalıdır. Möminlərin yalnız Allahın dininə düşmənçilik edən, Quran ayələrinə qarşı mübarizə aparan və yer üzündə fitnə-fəsad salan insanlara qarşı bir mübarizə apardıqları və bütün insanlara ədalət, xoşniyyətlilik və hörmət çərçivəsində dost kimi yaxınlaşdıqları anladılmalıdır.
Təbliğ edilən insan inkarçıların iman gətirənlər əleyhinə uydurduğu çirkin böhtanlardan da təsirlənə bilər. Əgər bundan yaranan bir narahatçılıq müşahidə edilərsə, bu böhtanların mahiyyəti ona izah edilməli və onların həqiqətlə heç bir əlaqəsinin olmadığı, bu böhtanların bir uydurma olduğu açıqlanmalıdır. Tarix boyu Quranda bütün elçilərə və saleh möminlərə atılan böhtanlarla bağlı ayələr dəlil kimi göstərilərək bunların bir “mömin əlaməti” olduğu tərif edilməlidir.
Ancaq unutmaq lazım deyil ki, sözlə ediləcək bütün bu açıqlamaları daha təsirli edəcək əsl faktor möminin “görünüşüdür”. Etibar qazanmaq hər şeydən əvvəl hərəkətlərlə, baxışlarla, mimikalarla, daha doğrusu, bütün bu xarici təsirləri ortaya çıxaran ruh görünüşü ilə mümkündür. Mömin qarşı tərəfə Allahın dinini üstün tutması, ixlası, səmimiyyəti və güclü imanı ilə təsir göstərə bilər. Qəti və ya müəyyən bir məqsədə, əsla sarsılmayacaq bir səbat və əzmə sahib olduğu müddət ərzində qarşı tərəfin təkidli şübhələri yaxud da cahil sistemin atdığı böyük iftiralar ona heç bir mənfi təsir göstərməz. Belə olduqda isə etibarlılıq onun xarakterinin sağlam bir hissəsi halına gələr və bütün hərəkətlərində özünü göstərər.
Bu vəziyyət Allahın dinini anlatmaqla vəzifələndirdiyi elçilərində çox açıq şəkildə görünür. Məsələn, hz.Yusif “üz qızardıcı” bir hərəkətlə, yəni zina böhtanı ilə günahlandırılaraq boş yerə zindana atılsa da Allaha olan təslimiyyətindən və ümumiyyətlə, ciddiyyət və alicənablığından heç bir şey itirməmişdi. Onun bu vəsfi də zindandakı digər məhkumlar tərəfindən sezilmişdi. Quranda göstərilənlərə görə, zindanda olduğu zaman ona iki nəfər yaxınlaşmış, gördükləri yuxunu söyləmiş və bunların yozumunu soruşmuşdu. Zina kimi bir ittihamla məhkum olunmuş hz.Yusifdə belə bir “hikmət” olduğunu hiss etmələrinin yeganə səbəbi isə hz.Yusifin görkəmindəki və hərəkətlərindəki etibarlılıqdır. Yuxularının yozumunu soruşarkən belə deyərlər: “...Gəl bu yuxunu bizə yoz. Biz həqiqətən sənin yaxşı adamlardan olduğunu görürük” (“Yusif’ surəsi, 36).
Möminin belə vüqarlı və etibarlı bir xarakterə malik olmasındakı başlıca amillərdən biri təbliği sadəcə bir ibadət kimi qəbul etməsi və qarşı tərəfi inandırmaq kimi məcburiyyətin olmadığını bilməsidir. Çünki bir insanın iman gətirib-gətirməməsi “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar...” (“Ənam” surəsi, 125) ayəsinin sirri ilə ancaq Allahın diləməsi əsasında olur. və “...doğrudan da, insanların çoxu fasiqlərdir” (“Maidə” surəsi, 49) hökmünə görə də insanların bir qisminin iman gətirməməsi çox təbiidir. Bu halda təbliği tətbiq etmək istədiyi bir insanın iman gətirməməsi möminə qətiyyən təsir etməməlidir. Mömin sadəcə öz borcunu yerinə yetirib dini təbliğ etməklə və insanları iman gətirməyə dəvət etməklə vəzifələndirilib. Bir insana hidayət vermək isə ancaq Allaha məxsusdur. Bu sirri bilən mömin qarşı tərəfi yola gətirmək üçün heç vaxt lazımsız təkid etməz. Bunlarla yanaşı, təbliğin insan üçün önəmli olduğunu xatırlatmaq da çox mühümdür. Təbliğə məruz qalan bəzi insanlar cahillikləri üzündən təbliğə müsbət cavab verib dinə tabe olacaqları halda böyük bir “lütf’ qazanacaqlarını zənn edirlər. Möminlərin onlarla maraqlanmasını da sahib olduğunu düşündüyü “yüksək” xüsusiyyətləri ilə əlaqələndirir və iman gətirdiyi zaman ona təbliğ edənlərə çox böyük bir “yaxşılıq” etmiş olacağını düşünürlər. Bu ilkin məntiq haqqında bəhs edilən insanın cəhalətinin və ağılsızlığının bir nəticəsidir. Quranda da bu mövzuya diqqət çəkilir:
“Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur!”” (“Hucurat” surəsi, 17).
Bir insanın iman gətirməsinin sadəcə özünə xeyri olar. və insan başlıca olaraq bilməlidir ki, iman gətirməyə yalnız özünün ehtiyacı var. Allahın heç bir şeyə ehtiyacı yoxdur və kiminsə iman gətirməsinə ehtiyacı olmayandır. Amma hər kəs imana və Allahın rizasını qazanmağa möhtacdır. Söhbət edilən şəxsə bu həqiqət açıqlanmalı və müsəlman olmaqla dinə böyük bir qazanc gətirəcəyini düşünüb özünü çox “qiymətli” bir insan kimi görməsinin nə qədər yanlış və ağılsız bir fikir olduğu başa salınmalıdır. Bilməlidir ki, özü ilə fəxr etmək çox böyük bir xətadır. Çünki içində yaşadığı cahil həyatı üzündən “atəş dərəsi”nin kənarındadır. Onu oradan çıxarıb əbədi bir qurtuluşa aparacaq olan yeganə çıxış yolu isə islamdır. Bu səbəblə də ona edilən bu dəvət həqiqətdə çox böyük bir nemət, çox böyük bir lütfdür.
Möminlərin onlarla maraqlanması onlar üçün şərəfdir. Bu, ona bildirilməli, islamla tanışlığın Allahın ona bəxş etdiyi bir lütf olduğu anladılmalıdır. Möminlərin onlarla boşuna maraqlanmadıqlarını, Allahın dinini təbliğ edən və onları bir tərəfdən əbədi qurtuluşa çağırarkən digər tərəfdən də əbədi cəhənnəm əzabı ilə xəbərdar edən biri olduqlarını bilməlidir.
Cahil cəmiyyətin yuxarıda saydığımız duyğu və reflekslərindən yaranan əngəllər götürülüb möminə hörmət və etibar göstərilərsə, artıq “əsl məsələ”yə, yəni Allahın Quranda bildirdiyi həqiqətləri anlatmağa keçə bilərik. Çünki bütün bu hazırlıqlar nəticə olaraq dini daha gözəl şəkildə anlamaq üçündür.

Quranda Təbliğ (02/11)

Allah'ın Tanıdılması

“Səmud qövmünə də qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, duaları qəbul edəndir!”” (“Hud” surəsi, 61).
Cahil cəmiyyətdəki Allaha inamın Qurandakı əsli ilə heç bir uyğunluğu yoxdur. O cəmiyyət öz prinsiplərinə uyğun şəkildə doğru olmayan, nağıla bənzər və “mifoloji” bir Allah inancı yaratmışdır. Cahillər Allahın kainatı və insanları bir dəfə yaratdıqdan sonra onları özbaşına qoyduğunu, kosmosun bir küncündə “oturduğunu” - Allahı tənzih edərik - düşünürlər. Beyinlərində qurduqları Allah təsviri - Allah göstərməsin - göydə bir yerdə, bəlkə də bir ulduzun arxasında oturan və uzaqdan insanları seyr edən yaşlı bir insan kimidir. Qurduqları və yanlış və əsassız inanc Allahı unutmalarına və Onu öz kiçik ağılları ilə “dəyərsiz” bir varlıq kimi görmələrinə səbəb olmuşdur.
Şüeyb peyğəmbər də qövmünün bu yanlış inancına diqqət çəkərək “...Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız?...” deyir və Allahın həqiqi xüsusiyyətini belə açıqlayır: “...Həqiqətən Rəbbim nə etdiklərinizi biləndir!” (“Hud” surəsi, 92).
Allah bu insanların dilində “Allah göstərməsin”, “İnşallah”, “Allah verməsin” kimi sözlərlə arabir zikr edilən, amma haqqında heç vaxt düşünülməyən abstrakt bir anlayış kimidir. Allahın varlığını və gücünü sözdə qəbul etsələr də, həqiqətdə buna səmimi şəkildə inanmırlar. Bu hal özünü Allah üçün bir fədakarlıq lazım gəldikdə büruzə verir. Dara düşəndə yaxud da hər hansı mənfəət itkisinə məruz qalacaqlarını anladıqları vaxt dərhal inkarçılarla birləşib öz səmimiyyətsizliklərini göstərirlər. Cahil cəmiyyətin böyük bir qismi isə açıq şəkildə Allahın varlığını inkar edib Quran ayələrinə qarşı mübarizə aparır. Bəziləri materialist fəlsəfə yaxud da təkamül nəzəriyyəsi kimi əsaslar taparaq bu inkarlarını buna bağlayırlar. Özlərini “müasir, aydın, çağdaş, elmli, intellektual” və s. bu kimi insanlara təsir edə biləcək adlarla tanıdan və Allahı inkar etməklə “şəxsiyyət” qazandıqlarını zənn edən bu zavallılar həqiqətdə Allahın varlığını görüb qavramayacaq qədər düşüncəsizdir.
Cahil cəmiyyət içindəki bu iki ayrı qrup arasında aparılacaq təbliğ əslində eynidir. Allahın varlığının dəlilləri onların hər ikisinə açıqlanacaq və batil inanclarla hörülmüş düşüncələrinin həqiqətləri görməsi üçün səy göstəriləcək. Ancaq inkarlarını ideologiyaya bağlayanlar üçün əvvəlcə bu ideologiyalarının köklərinin çürüdülməsi lazımdır. Məsələn, gözübağlı və cahil bir şəkildə inandıqları təkamül nəzəriyyəsi onun daxilindəki ziddiyyətlər və açılmaz düyünlər ortaya qoyularaq dağıla bilər. İnsan inandığı bu sistemin əslində səfil bir yalan olduğunu görməlidir.
Bu mərhələdən sonra görüləcək iş hər iki qrup üçün eynidir. Cahil sistemin batil fikirləri ilə düşünmə qabiliyyətlərini itirmiş, mühakimələri məhv olmuş, ağılları təzyiq altında boğulmuş bu insanlar bəlkə də həyatlarında ilk dəfə Quranda buyrulduğu kimi düşünməyə dəvət ediləcəkdilər. İllər boyu yedikləri meyvənin, içdikləri suyun, udduqları havanın necə yarandığını düşünməyə başlayacaqlar. Sahib olduqları bədənin, gözlərin, qulaqların, ürəklərin necə və kim tərəfindən yaradıldığını fikirləşməyə sövq ediləcəklər. Onu da qeyd etmək lazımdır ki, Quranda insana düşünmək üçün yol göstərilir və nəyi düşünməyin vacib olması tez-tez vurğulanır. Məsələn, “Vaqiə” surəsində insana belə səslənilir:
“Bəs bətnlərə axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan insan yaradan sizsiniz, yoxsa Biz?! Sizin aranızda ölümü əvvəlcədən Biz müəyyən etdik. və Biz əsla aciz deyilik; sizi yox edib yerinizə sizin kimiləri gətirməkdən və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə heç düşünmürsünüz?! Bəs əkdiyinizə nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb: “Biz ziyana uğramış, bəlkə, məhrum olmuş kimsələrik!” - deyərdiniz. Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükür etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!” (“Vaqiə” surəsi, 58-74).
Təbliğ ediləcək qarşı tərəf ilk əvvəl bu məntiq üzərində düşünməyə başlamalıdır: nizam və ya estetikaya malik heç bir şey təsadüfən yaxud öz-özünə yaranmaz. Əgər bir yerdə bir qayda-qanun, plan və estetikaya malik bir istehsal varsa, bu, mütləq ağıl sahibi varlıq tərəfindən qurulmuş və meydana gətirilmiş deməkdir. Bir kağızın üzərinə çəkilmiş düzgün həndəsi bir şəkil yaxud tək bir düzgün hərf görən insan bunların ağıl sahibi bir insan tərəfindən çəkildiyinə əmindir. Çox böyük bir hesab və tarazlıq üzərində qurulmuş olan kainat da şübhəsiz ki, yüksək ağıl sahibi bir Yaradıcı tərəfindən yaradılmışdır. O Yaradıcı hər şeyin sahibi olan Allahdır.
Ümumiyyətlə, gözümüzlə gördüyümüz, qulağımızla eşitdiyimiz ya da hiss etdiyimiz hər şey bizlərə yerlərin və göylərin sahibi olan Yaradıcını, yəni Allahı tanıdır. Əslində yaradılışın məqsədləri də budur. Allah üstündə Öz sifətlərini əks etdirmək üçün əşyanı var etmişdir. İnsanın kainatı bürüyən qüsursuzluq, sonsuz gözəlliklər üzərində ətraflı düşünməsi bu açıq həqiqəti duyması üçün kifayətdir. Çünki onu əhatə edən yaradılış həqiqətləri bu möhtəşəm quruluşun bir sahibinin olduğunu açıq şəkildə göstərir.
Təbliğ tətbiq edilən şəxs bu anlayışa sahib olduqdan sonra Quran əxlaqının və dinin anladılması daha da asanlaşacaq. Şəxsə anladılanlar bu idrakdan etibarən bir şey ifadə etməyə başlayacaq, beynindəki qarışıq fikirlər saflaşaraq öz yerini tapacaqdır.

Quranda Təbliğ (03/11)

Axirətin Xatirladilmasi

“Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin!” (“Bəqərə” surəsi, 48).
Cahil cəmiyyətdəki insanların başlıca iman məsələlərindən biri axirətin varlığına kifayət qədər inanmamasıdır. Axirəti varlığı şübhəli bir “təmənna” kimi görürlər. Sanki həqiqətdə belə bir şey yoxdur, insanlar bunu ölüm mövzusunda özlərinə təsəlli vermək üçün “uydurmuşlar”. Həmçinin, inkarçı sistemin ideoloqları bu ideyanı tez-tez irəli sürürlər.
Cahil toplumun axirətə olan imandakı zəifliyinin ən böyük göstəricisi ölüm haqqında danışıldıqda yaxud da bir yaxınları öldükdə göstərdiyi rəftardır. İnkarçı şəxslər ölüm haqqında danışmağı heç sevməz, bu mövzudan söz düşəndə onu tez bitirmək və ya başqa bir mövzuya keçmək istəyərlər. Axirətə tam inanan bir insan, yəni mömin isə ölüm qarşısında üzülməz. “Həyatı Allah vermişdir və yenə O geri alır. Bunun üçün üzülməyə də dəyməz: ölən insan yoxluğa deyil, əbədi yurduna gedir” - deyərlər.
Ancaq axirətə olan imandakı zəiflik cahilin axırına çıxır. Bir yaxınları öldükdə bir-birinə “üzülmə, yaxşı insan idi, inşaAllah cənnətə gedər” kimi Quran məntiqinə uyğun sözlər deyirlər, amma heç birinin qəlbi həqiqətdə axirətə iman etmədiyi üçün bu sözləri ürəkdən söyləmirlər. Ürəklərində dünyanın həqiqət olduğuna, axirətin isə buludların arxasındakı mifoloji əfsanədən başqa bir şey olmadığına dair ibtidai və yanlış inanc var. Qurandakı ifadə ilə desək, “Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər” (“Rum” surəsi, 7).
Halbuki, axirət həqiqətin özüdür, aldadıcı və şübhə oyadacaq bir şey varsa, o da dünya həyatıdır. Cəhənnəm əhlindən “...Yer üzündə neçə il qaldınız?” deyə soruşulduqda onlar “bir gün yaxud bir gündən də az!” deyə cavab verəcəklər. Bunun müqabilində Allah buyuracaq: “Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz? (“Muminun” surəsi, 112-115).
Allah insanın nəfsinə verdiyi bütün istəkləri nemətləri ilə qarşılayır. Məsələn, insan yemək və içmək istəyir. Allah yeməklər və içkilər yaratmışdır. İnsan qarşılıqlı sevgi, hörmət və ünsiyyətdən çox böyük zövq alır. Allah insanları, qadını və kişini yaratmışdır. İnsan gözəllik, estetika istəyir. Allah bütün kainatı və dünyanı əbədi gözəlliklərlə bəzəmişdir. Qeyd etmək lazımdır ki, Allahın insana bir istək verməkdə məqsədi də ona o neməti göstərmək istəməsidir. Bir islam dahisi bunu “vermək istəməsə, istəmək verməzdi” sözü ilə ifadə edir.
Bütün bunlarla yanaşı insan sonsuza qədər yaşamaq istəyir. Amma inkarçıların məntiqinə görə, bu istək ölüm səbəbindən təmin edilməz. Halbuki bu, onlara aid batil və xətalı bir düşüncədir. Həqiqətdə Allah axirəti və insanı əbədi bir həyat sürəcək şəkildə yaratmaqla insanın bu istəyini də cavabsız qoymamışdır. Ölüm sadəcə bir keçid qapısıdır. İnsanın müvəqqəti və aldadıcı bir yurd olan dünyadan çıxıb axirətə tərəf gedən səfərində ilk mərhələdir. Əsl olan ruhdur, bədən deyil. Ölümlə birlikdə ruh canlı qalır, ancaq görünüş dəyişir.
İnsanların etdikləri əməllərinə görə cəza və mükafat alması da axirətdə olur. Dünya həyatında bir mömin üzülüb çətin şəraitlə üzləşərkən inkarçılar çox böyük bir zənginlik, rahatlıq içində həyatlarını davam edə bilirlər. Bu, dünya həyatındakı bir imtahandır. Ancaq Allahın sonsuz ədaləti möminin mükafatlandırılmasını, inkarçıların isə əzaba düçar edilməsini buyurur. Bu isə böyük bir məhkəmədə, məhşər günü ediləcək hesabla qərara bağlanacaq və mömin üçün cənnət, kafir üçün isə cəhənnəm əbədi məkan olacaqdır.
Təbliğ tətbiq edilən insanın bu həqiqəti qavramasının böyük əhəmiyyəti var. Çünki axirət Allahın varlığı ilə birlikdə imanın iki təməl mövzusundan biridir. Təbliğ edilən insana Quran ayələrinə əsaslanan açıq və təsirləndirici bir Quran təsviri edilməli, məhşər günü hesab, cənnət və cəhənnəm təfsilatı ilə açıqlanmalıdır. Etdiyi hər bir əməlin Allah tərəfindən görülüb bilindiyini, məsul mələklər tərəfindən yazıldığını bilməli, axirətdə dünyada gördüyü hər işə, hətta ağlından keçirdiyi hər düşüncəyə görə cavabdeh olacağından agah olmalıdır.

Quranda Təbliğ (04/11)

Tövhid və Şirkin Anladılması

“Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir” (“Bəqərə” surəsi, 163).
“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər” (“Bəqərə” surəsi, 165).
Əslində insanların mühüm bir qismi Allaha inanır. Ancaq onları əsl iman yolundan azdıran şey özlərinə Allahdan başqa tanrılar seçmələridir. Bu hal Quranda şirk (ortaq qoşmaq) adlanır; şirk qoşanlara isə “müşrik” deyilir. İslamın özü “tövhid”dir, yəni Allahı “vahid”, tək olaraq qəbul etmək və Ondan başqa heç bir varlığa qulluq etməmək.
Maraqlıdır, Allahdan başqasına səcdə edənlərin demək olar ki, hamısı müşrik olduqlarını qəbul etmir. Əksinə, müxtəlif açıqlamalarla ideal bir müsəlman olduqlarını söyləyirlər. Allahı qoyub bütləri özlərinə dost tutanlar üçün “...Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik...” (“Zumər” surəsi, 3) deyirlər. Şirk qoşduqlarını bu və ya buna bənzər üsullarla inkar etməyə çalışan müşriklərdən Quranda bu şəkildə söz edilir:
“O gün onların hamısını bir yerə toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: “Tanrı olduqlarını iddia etdiyiniz şərikləriniz haradadır?” Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” - deməkdən başqa heç bir çarələri qalmayacaq. Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!” (“Ənam” surəsi, 22-24).
Bugünkü cahil cəmiyyəti də tam mənası ilə müşrik bir cəmiyyət olduğu halda bunu qəbul etmir və özlərini ideal bir müsəlman zənn edirlər. Çünki onların düşüncəsinə görə, şirk qoşmaq yalnız taxtadan, daşdan düzəldilmiş bütlərin və ya totemlərin qarşısında səcdə etməkdən ibarətdir. Allahdan başqasına səcdə etməyi yalnız üçölçülü və cansız bir surət qarşısında yerə qapanmaq zənn edirlər.
Ancaq səcdə bir varlığa qulluq etməyin yalnız simvolik ifadəsidir. və bir insan bir varlığın qarşısında səcdə etməsə də Ona qulluq etmiş ola bilər. Allaha aid olan sifətləri öz zehnində bəhsi keçən varlıqla dəyişməsi “müşrik” olması üçün kifayətdir.
Allah rizası axtarılmağa layiq olan yeganə varlıqdır. Buna baxmayaraq əgər insan Allahdan başqa varlığın rizasını qazanmağa çalışarsa, məsələn, özünü insanlara bəyəndirməyə və onları xoşbəxt etməyə çalışarsa, onları özünə tanrı seçmiş olar. Allahdan başqa varlıqlardan kömək istəsə, mədət umsa, onlara səcdə etmiş olur. Həyatını Allahın qanunlarına görə deyil, digər varlıqların qanunlarına uyğun istiqamətləndirməyə qərar verərsə, o varlıqları “Rəbb” qəbul etmiş olur.
Bunun müqabilində “müvahhid” (tək sayılan, şirk qoşmayan) mömin xarakteri Allahdan başqa bir Rəbb, maarifləndirici, dost, sahib və tanrı tanımır. Quranın ilk surəsi olan “Fatihə” surəsindəki “Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik” (“Fatihə” surəsi, 4) ayəsi bu saf imanın ifadəsidir.
Onsuz da insan fitrət (yaradılış) baxımından tövhidə inanmağa və tövhidə görə yaşamağa meyllidir. “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım” (“Zariyat” surəsi, 56) hökmü insanın sadəcə olaraq Allaha ibadət etməsi üçün yaradıldığından xəbər verir. Belə halda insanın vəzifəsi yaradılış məqsədinə uyğun olaraq “müvahhid” bir şəkildə Allaha ibadət etməkdir. İnsanın yaradılışına məhz bu uyğun olduğu üçün ən asan yol da budur. Quranda həmçinin belə deyilir:
“Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz” (“Rum” surəsi, 30).
Təbliğ edilən insana anladılması vacib olan ən mühüm mövzu şirk və tövhid mövzusudur. Ona içindən çıxdığı cəmiyyətin şirk qoşan olması açıqlanmalı, həqiqi imana qovuşmaq üçünsə özündə köklü bir dəyişiklik etməsinin vacibliyi başa salınmalı, Allahın dinindən üstün tutduğu hər şeydən əl çəkməsinin mühümlüyü bildirilməlidir.
Başa salmaq lazımdır ki, insanın hər hansı başqa bir varlığı deyil, öz istəklərini Allahın əmr və qadağalarından üstün tutması, öz ağlını Qurandan yüksək görməsi də açıq-aşkar bir şirkdir. Quranda belə insanlar “nəfsini tanrı edənlər” (“Furqan” surəsi, 43) kimi təsvir edilir və Quran ayələrinə görə vəziyyətləri bu şəkildə açıqlanır:
“Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?” (“Casiyə” surəsi, 23).
İnsanı şirkdən qurtarmaq üçün ona verilməsi vacib olan məlumat isə həqiqətdə maddənin əsl mahiyyəti ilə bağlı “köklü məlumat”dır.
Nəticədə insanın şirkdən canını qurtara bilməsi üçün Allahı hər şeydən üstün tutması, Onu hər şeydən çox sevməsi və Onun hökmündən başqa heç bir hökmü qəbul etməməsi lazımdır. Bu isə cahil cəmiyyətdə xarakter və zehnin quruluşunun tamamilə yıxılması və onun əvəzində Qurana əsaslanan bir xarakter və zehnin quruluşu yaratmaqla mümkün olar. Təbliğ edilən insandan umulan hərəkət də budur, əks halda din ona açıqlanmış, ancaq buna itaət etməmiş bir insan kimi çox böyük əzab görəcəkdir.
Ancaq daxilində bu “çevrilişi” etməsi üçün ona kömək etmək lazımdır. İlkin olaraq həmin şəxsə həqiqi İslam anladılmalıdır. Çünki onun cahil cəmiyyətdə tanıdığı din bir çox xurafat və ədalətsizlikdən ibarət azğın bir modeldir və bu üzdən islama qarşı bir çox fikirlərə sahib olması mümkündür. Yaxud dini heç tanımamış ola bilər. Bu səbəbdən dini ona ətraflı şəkildə açıqlamaq lazımdır.

Quranda Təbliğ (05/11)

Dinin Anladılması

1. Quran Haqdır və Dəyişdirilməmişdir

Dünya üzərindəki istənilən bir insandan Qurani-Kərim haqqında nə bildiyini soruşsanız, o, sizə bunun İslam dininin müqəddəs kitabı olduğunu söyləyəcək. Bu, düzgün bir cavabdır, ancaq kifayət edəcək qədər deyil. Çünki Quran insanların böyük bir qisminin zənn etdiyi kimi, sadəcə dünyaya müsəlman kimi gəlmiş və ya sonradan müsəlmanlığı qəbul etmiş insanlara deyil, Allahın bütün bəşəriyyətə göndərdiyi və qiyamət günündə insanları cavabdeh sayacaq müqəddəs kitabdır. Ancaq insanların bir qismi qiyamət günündə cavabdeh olacaqları Quran haqqında çox az məlumata malikdir. Bu halda bütün insanların Quranın göndərilmə məqsədi və dinin hökmləri ilə bağlı hər xırdalıqları bilməsi və bunları da həyatlarında tətbiq etməsi lazımdır. İnsanın onu yaradan Rəbbinə qarşı cavabdehliyini öyrənəcəyi yeganə qaynaq Qurandır. Allah hesab günü insanları Qurana görə görə cavabdeh sayacağını “Zuxruf’ surəsində belə bildirir:
“Buna görə də sən özünə vəhy olunandan yapış. Həqiqətən, sən düz yoldasan! Şübhəsiz ki, o sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz mütləq sorğu-sual olunacaqsınız!” (“Zuxruf” surəsi, 43-44).
Quran Allahın kəlamıdır. Quran özündən əvvəl endirilmiş müqəddəs kitabları təsdiqləyir və haqla batili ayırır. Quran bütün inananlar üçün bir rəhbərdir və onun bənzərinin olması qeyri-mümkündür.
Quranın haqq kitab olduğunun açıq şəkildə ortada olmasına baxmayaraq tarix boyu bunu inkar edən insanlar olmuşdur. Bu insanların söylədiklərindən biri Quranın Peyğəmbər (s.ə.v.) tərəfindən yazılmış olması və ya özlərinin də belə bir kitab yaza biləcəkləri ilə bağlıdır. Allahın və Quranın üstünlüyünü qəbul etməmək üçün bu cür azğın fikirlər söyləyən insanların bu hərəkətləri hər dəfə böyük bir uğursuzluqla nəticələnmişdir. Həmçinin, Quranın Allah dərgahından göndərilmiş haqq və misilsiz bir kitab olması ilə bağlı ayələr bu şəkildə bildirilir:
“De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”” (“İsra” surəsi, 88).
“Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. Lakin o özündən əvvəlkiləri təsdiq və kitabı ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur! Yoxsa: “Peyğəmbər onu özündən uydurdu!” - deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!” Xeyr, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də təkzib etmişdilər. Bir gör zalimlərin axırı necə oldu!” (“Yunis” surəsi, 37-39).
Əslində təbliğdəki əsas hədəf bəhsi keçən insanların Quranı özlərinə rəhbər seçməsidir. Əks halda həqiqi bir imandan və qurtuluşdan danışmaq olmaz. İnsan cahil əxlaqının bütün şifahi və ya yazılı qanunlarından uzaqlaşaraq özünə yalnız Quranı rəhbər seçən və Quranın hər hökmünə çox dəqiq davranan bir möminə çevrilməlidir.
Bunun üçün də əvvəlcə Quranı tanımalı və onun Allah sözü olduğuna inanmalıdır. Bu səbəbdən təbliğ edilən şəxsə Quranın Allahdan bir vəhy olduğuna və endiriləndən bəri bir hərfinin belə dəyişmədiyinə dair açıq sübutlar göstərilməlidir.
“Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, hər şeyi eşidən və biləndir!” (“Ənam” surəsi, 115) ayəsindən də göründüyü kimi, Quran Allah tərəfindən endirilmişdir və yenə Onun tərəfindən qorunaraq dəyişdirilməsi əngəllənmişdir. Bu qorunmanı Allah “Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq” (“Hicr” surəsi, 9) ayəsi ilə də xəbər verir.
Quranın qorunmasının ən mühüm dəlillərindən biri içində heç bir ziddiyyət və əyriliyin olmamasıdır. 23 il ərzində müxtəlif hadisə və şərtlərə görə endirilmiş olan ayələrin heç biri digəri ilə ziddiyyətli olan fikir və ya hökm daşımır. Bu vəziyyətə Allah bu ayə ilə diqqəti yönəldir:
“Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar” (“Nisa” surəsi, 82).
Bir başqa ayəyə görə də “Həmd olsun o Allaha ki, Quranı heç bir əyriliyə yol vermədən öz bəndəsinə nazil etdi” (“Kəhf” surəsi, 1). Əksini söyləyənlərə verilən cavab isə açıqdır: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa kimə gücünüz çatırsa, onu da çağırın!” (“Yunis” surəsi, 38). Allahın haqq dinini bildirdiyi Quran elə bir kitabdır ki, “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər” (“İsra” surəsi, 88).

2. Ölçü Qurandır

“Onlar cahiliyə dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!” (“Maidə” surəsi, 50).
İnsanlar Allahın rizasını və cənnəti yalnız Qurana iman gətirdiklərini bəyan etməklə qazanmayacaqlar. Bu imanın həyata keçirilməsi, insanın gündəlik həyatının hər mərhələsində Quranı rəhbər tutması lazımdır. Əgər kitabı bilib tətbiq etməsə, “Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzərlər...” (“Cümə” surəsi, 5) ayəsində göstərilən kimi ola bilər. Mühüm olan məsələ hər mövzunu Quranın rəhbərliyi ilə düşünmək, bununla bərabər içindəki cahil cəmiyyətin adət və ənənələrini rədd etməkdir.
İnsan qınadığı hər şeyi yalnız Qurana zidd olduğu üçün rədd etməli, bəyəndiyi bir şeyi yalnız Qurana uyğun olduğu üçün bəyənməli, qarşılaşdığı hər hadisədə Quranın rəhbərliyi ilə qərar verib hərəkət etməlidir. Əlbəttə ki, bu dəyişiklik bir gündə ola bilməz. Quranın əvvəlcə öyrənilməsi, sonra da həyata keçirilməsi müəyyən bir vaxt tələb edir. Ancaq mühüm olanı bu dəyişiklik üçün niyyət etmək, sonra da qərarlı şəkildə davranmaqdır. Təbliğat aparan insanın üzərinə düşən vəzifə isə əvvəlcə təbliğ etdiyi insanın bu dəyişikliyə başlaması üçün onu yola gətirmək, sonra da onun Qurana keçid mərhələsində etdiyi səhvləri gözəl bir dillə açıqlayaraq həmin şəxsə köməkçi olmaqdır.

3. Dünya Imtahan Yeridir

Təbliğ edilən şəxs iman gətirdiyini bəyan etməklə “cənnət əhli” bir mömin olduğunu zənn edə bilər. Ancaq iman gətirdiyini bəyan etmək Qurana bağlı olaraq davam etdiriləcək olan uzun bir təlimin ilk addımıdır. Quran möminləri “...Bizim Rəbbimiz Allahdır - deyən, sonra da düz olan kəslər...” (“Fussilət” surəsi, 30) kimi təsvir edir. Bu düz istiqamət Allahın insanın imanını sınamaq və kamilləşdirmək məqsədi ilə edəcəyi bir çox imtahan və əngələ baxmayaraq tutdurulacaq. Bir ayədə bu şəkildə bildirilir:
“İnsanlar yalnız: “İman gətirdik!” - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar!” (“Ənkəbut” surəsi, 2-3).
Əslində müvəqqəti və yetərsiz olan bu dünyanın və onun üzərində yaşadığımız həyatın yaradılmasındakı səbəblərin birincisi insanın imtahan edilməsidir. İnsan üçün əsl yurd bu deyildir və müvəqqəti “gözləmə salonu”nda yalnız sınaq üçün olur. Quranda bu həqiqətdən belə bəhs edilir: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır” (“Mülk” surəsi, 2).
Sahib olduğu bədən də insana bir məqsədlə verilmişdir. Allah belə buyurur: “Şübhəsiz ki, biz insanı qarışıq olan bir damcı sudan yaratdıq. Onu sınayırıq. Bu səbəbdən onu eşidən və görən etdik” (“İnsan” surəsi, 2).
İnsanın sınanmasının müxtəlif üsulları var. Ən mühüm olanlarından biri Allahın imtahan məqsədi ilə göstərdiyi çətinliklərdir. Bu hal Quranda belə açıqlanır:
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!” (“Bəqərə” surəsi, 155).
Quranda da rəsulların və ya onların yolunu gedən möminlərin necə imtahan edilməsinə dair bir çox nümunələr var. İman gətirdiklərinə görə ailələrinin və ya ətrafdakıların təzyiqləri, böhtanlar, istehzalar, özlərinin xətaları - bunların hamısı bir sınaqdır. Bu üzüntü və çətinliklərə qarşı mömindən gözlənən davranış“...Mənə düşən gözəl bir səbirdir...” (“Yusif’ surəsi, 18) deyərək heç vaxt Allahın rəhmətinə və yaxınlığına şübhə etmədən hər növ çətinliyi yenə Allahın köməyi ilə dəf edəcəyini bilərək qəti qərarlılıq göstərməkdir.
Çətinliklər imtahan səbəbi olduğu kimi nemətlər də imtahan səbəbidir. Allah insana verdiyi nemətlə onun kamilliyini, Ona olan sədaqətini yoxlayır.
Nemətlə sınanmaqda məqsəd möminin cahiliyə xarakterinin mühüm xüsusiyyətlərindən olan rifaha çatdıqda lovğalıqdan uzaq olmasının isbatlanmasıdır. Bu primitiv hərəkət cahil insanların ortaq düşüncəsi kimidir, əllərinə böyük bir sərvət və ya şöhrət keçdiyi zaman lovğalanmağa, azğınlaşmağa, digər insanlara qarşı zalım və təkəbbürlü davranmağa başlayırlar. Ürəkləri daşlaşır, Allahdan tamamilə uzaqlaşırlar.
Ancaq nemət insanı azğınlaşdırmaq üçün deyil, şükür etdirmək üçün verilir. Bunu düşünən mömin Qurandakı ifadə ilə desək, “dünya həyatının müvəffəq bəzəyindən” sadəcə olaraq Allahın rizasını qazanmaq üçün yararlanır, dünyəvi zövqləri və gözəllikləri istehlak etmək üçün yarışa girmir. Yaşadığı həyatda qarşısına heç bir şey təsadüfən çıxmamışdır, mütləq necə bir hərəkət edəcəyinin sınandığı bir vəziyyətlə qarşılaşır. Bunu bilən kimsə artıq dünyanın mühüm bir sirrindən agah olmuşdur. Beləliklə, Allaha xoş gedəcək ən gözəl, düzgün və ağıllı davranışı da göstərmiş olur.
Qısa dünya həyatında Rəbbi tərəfindən sınandığını qavrayan bir insan deməli, dinin ən mühüm təməllərindən birini qavramışdır. Bu səbəblə təbliğ edilən bir şəxs bu mövzuda əvvəlcədən maarifləndirilməlidir. Çünki həqiqətən iman gətirmişsə, qısa müddət ərzində müxtəlif çətinliklərlə qarşılaşacaq və səmimi bir imtahana sahib olub-olmayacağı məsələsində sınaqdan keçiriləcək.

4. Din Asandır və Insanın Yaradılmasına Uyğundur

Cahil cəmiyyətdə dinə adət-ənənələr, yanlış inanclar və daha bir çox kənar ünsürlər təsir etmiş və nəticədə ortaya tətbiqi çox çətin, sapqın və yanlış bir model çıxmışdır. Buna dinə qarşı mübarizə aparan inkarçıların hədəfi olan təbliğatları da əlavə etdikdə çox insan İslamı çox çətin, tətbiq etdikdə insanı çətinliyə salacaq bir din kimi təsəvvür edir.
Ancaq bu, bir aldanma və yanlışlıqdır. İnsanı yaradan Allahdır və “Məgər yaradan bilməzmi? O, incəliyinə qədər biləndir; xəbərdardır” (“Mülk” surəsi, 14) ayəsində də vurğulandığı kimi, yaratdığı bəndəni ən yaxşı tanıyan, onun istək və ehtiyaclarını ən yaxşı bilən Odur. İnsanlar üçün müəyyən etdiyi dini də onlara ən uyğun şəkildə vermişdir. Məqsəd insanları üzmək yox, onların ruhlarına ən uyğun olan sistem içində Rəbbini tanıması, Ona qulluq etməsi, həqiqi qurtuluş və xoşbəxtliyə çatmasıdır. Bir ayədə Allah belə buyurur:
“Allah yolunda layiqincə cihad edin. O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. Allah sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! “ (“Həcc” surəsi, 78).
Bir başqa ayədə isə belə deyilir: “Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Biz onu Allahın əzabından qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik” (“Taha” surəsi, 2-3). İslamın məqsədi insanları asan və rahat olana dəvət etmək və insanları ən çox rahat olacaqları həyatla təmin etməkdir. Bu, Allahın rəhmətindəndir. Quranda belə deyilir: “Allah istər ki, üzərinizdə olan ağırlığı yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır” (“Nisa” surəsi, 28).
Bu həqiqət təbliğ edilən insana mütləq geniş şəkildə anladılmalıdır. Beləliklə, nəfsin dindən uzaq durmaq üçün gətirdiyi ən böyük bəhanələrdən biri yox edilmiş olur. Dinin asanlığını insana açıqlayarkən onun cahiliyyədə öyrəndiyi din modelinin yanlışlıqları da göz önünə gətirilməli, İslamın bir parçası bildiyi xurafatlar onun beynindən silinməlidir.

5. Din Məhdudiyyət və Əzazillik Deyil, Azadlıqdır

Cahil cəmiyyət dinin “çətin” olduğuna inandığı qədər onun “əzazil” və “azadlıqları məhdudlaşdıran” olduğunu da düşünür. Bu səhv məntiqə görə, din insanlara müxtəlif məhdudiyyətlər qoyur və beləliklə də onların sərbəstliyini yox edir. Bu cəmiyyət içində özlərini “sərbəst” adlandıranlar da mümkün olduğu qədər dindən uzaqlaşır, hətta dinə qarşı çıxırlar.
Ancaq həqiqət bunun tam əksinədir. Din sərbəstlik, dinsizlik isə təzyiq və əsarət gətirər.
Lakin bu həqiqətin qavranması üçün əvvəlcə insan ruhunun tam mahiyyətinin tanınması lazımdır. Mövzunu bizə açıq şəkildə Quran bildirir və insan ruhunun “cüt yönlü” olduğunu “Şəms” surəsində belə açıqlayır:
“And olsun günəşə və onun işığına; And olsun günəşin ardınca çıxan aya; And olsun onu parlaq edən gündüzə; And olsun onu örtən gecəyə; And olsun göyə və onu yaradana; And olsun yerə və onu döşəyənə; And olsun nəfsə və onu yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu batıran isə, əlbəttə, ziyana uğrayacaqdır” (“Şəms” surəsi, 1-10).
Ayələrdə nəfslə bağlı verilən məlumatlarda göstərilir ki, Allah insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm pisliyi, həm də ondan qorunmağa, yəni yaxşılığı ilham etmişdir. İnsanın içində bu iki güc eyni anda olur. İnsanın qurtuluşu isə bu pislikdən qorunmağı seçməsidir. Yox, əgər belə etməsə, süquta məhkum olar. Nəfsində pislik olduğunu qəbul etməz. Etmədiyi halda da bu pislikdən qorunacaq şüura sahib ola bilməz, ayənin ifadəsi ilə o pisliyin “üstünü örtər”, daxilində onu bəsləyər. Bir sözlə, o pislik onu udar.
Nəfsin içindəki bu pisliyin varlığını qəbul edib ondan qorunmaq insana “fəlah”ı, yəni qurtuluşu gətirir. Sərbəstlik isə bu fəlahın özüdür.
Çünki insanı ətraf güclərdən daha böyük təzyiq altına alan əsl güc nəfsindəki bəhs edilən pislikdir. Bu pislik insanı xudbin edir, ona qısqanclıq gətirir. Həmişə bir inamsızlıq və gələcək qorxusu yaradır. Ən pisi də insanın nəfsindəki bu güc üzündən sonu olmayan bir məhdudiyyət və hirs içində boğuşmasıdır. Nəfsin içindəki bu güc həmişə insana daha çox mal- dövlət yığmasını, çox pul qazanmasını və cəmiyyətdə status əldə etməsini əmr edir. Zəngin olmaq böyük bir həvəsdir, bu, təmin edilsə, yeni həvəslər yaranacaq. Beləliklə də onlar bir- birinin ardınca davam edəcək. Nicatı bunlardan qurtarmaqla əldə etmək olar. Qurandakı ifadə ilə desək, “...nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır” (“Həşr” surəsi, 9).
İnsan bu həvəslərin əsarətindən qurtardığı zaman müstəqilləşir. Bu məqamda artıq onun həyatının mənası bəhsi keçən bitib-tükənməz həvəsləri əldə etmək deyil. Həyatdakı məqsədi yalnız Allahın razılığını qazanmaqdır ki, insan da elə bunun üçün yaradılmışdır.
Həqiqi sərbəstlik elə budur: Allaha qul olmaq və beləliklə də Allahdan başqa hər şeydən azad olmaq. Bu səbəbdəndir ki, hz.İmranın həyat yoldaşı Quranda keçən bu duanı etmişdir:
“İmranın zövcəsinin: “Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar olmaq üçün nəzir edirəm. Məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” - dediyini xatırla!” (“Ali-İmran” surəsi, 35).
Eyni səbəbdən hz.İbrahim atasına belə demişdir:
“O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?” (“Məryəm” surəsi, 42).
Rəsulların işi isə insanları nəfslərindəki tamahlardan və ya başqa insanlara qul olmaqdan qurtarmaq və onları yalnız Allaha qul olmağa dəvət etməkdir. İnsanlar yaradılış məqsədinə zidd olan bu azğınlıqlardan özləri qurtardıqca sərbəst olurlar. Buna görədir ki, Quranda rəsul möminlərin “ağır yüklərini yüngülləşdirən və üstündəki buxovları açan” insanlar kimi tərif edilmişlər (“Əraf’ surəsi, 157).
Elə bu səbəbdəndir ki, islam cahil cəmiyyətin əksinə olaraq insana təzyiq etməz, onu sərbəst buraxar. Bunun təbliğ edilən qarşı tərəfə açıqlanması olduqca mühümdür. Mövzu yuxarıda anlatdığımız “sərbəstlik tərifi” ilə açıqlanmalı, həm də dini “təzyiqçi” bilməsinə səbəb olan xurafatlar və bidətlər (dinə sonradan keçmiş kənar ünsürlər) qarşı tərəfin zehnindən silinməlidir.
İslam müstəqillik tərəfdarı olduğuna görə onun təbliğ edilməsində də təzyiqdən istifadə edilməyəcək. Rəsulullah (s.ə.v.)-ə Allah Quranda bu əmri vermişdir:“Sən öyüd verənsən! Sən onların üzərində hakim deyilsən!” (“Ğaşiyə” surəsi, 21-22). Eyni mövzudan aşağıdakı ayədə də bəhs olunur: “Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha iman gətirərsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!” (“Bəqərə” surəsi, 256). Təbliğ edilən şəxsə bu mövzu açıqlanmalı, nə İslamın qanunları, nə də onlarla yaxınlıq edən möminlər tərəfindən heç bir təzyiq və ya məcburiyyətlə qarşılaşmayacağı, bunun Quran əxlaqına zidd olduğu və Allahın razı olmadığı bir əxlaq olacağı söylənilməlidir. Beləcə, cahillərin keçirdiyi yersiz həyəcan hissi ortadan qalxar və təbliğin qarşısındakı əngəllərdən biri də aradan götürülər.

Quranda Təbliğ (06/11)

Təbliğat Apararkən İstifadə Ediləcək Üsullar

Təbliğdə nələrin söyləndiyi qədər bunların necə söylənməsi də vacibdir. Təbliğat aparanın vəzifəsi sadəcə Quran ayələrini bir-birinin ardınca oxumaq, iman məsələlərini anlatmaq və qarşısındakına “iman gətir” deməkdən ibarət deyil. Bütün bunlarla yanaşı qarşı tərəfin ən çox hansı üslubdan, hansı izah etmə tərzindən təsirlənəcəyini müəyyənləşdirməli, ünsiyyət zamanı həmişə onun reaksiyasını diqqətlə izləyərək anlayıb-anlamadığını nəzarətdə saxlamalı, əgər bir əskiklik varsa, buna uyğun bir metod təşkil etməlidir.
Şübhəsiz ki, təbliğin nəticə verməməsi, qarşı tərəfin inkarda israr etməsi də mümkündür. Belə olan halda təbliğin hansı nöqtəyə qədər gedəcəyi, harada kəsiləcəyi və sonda nə etmək lazım gəldiyi də mühüm məsələlərdəndir.
Bütün bu məsələlərlə bağlı Quranda möminlərə yol göstərilir. Ayələrə nəzər salsaq, rəsulların təbliğat apararkən müxtəlif üsullardan istifadə etdiyini, mövcud şərtlərə və qarşılarındakı insanlara görə fərqli metodlardan yararlandığını görərik.

1. Təbliğə Uyğun Olan Insanı Müəyyən Edə Bilmək

Təbliğat aparan əsasən onu bilməlidir ki, hər insan ilk andan iman gətirməyəcək. İnsanlar istər o vaxta qədər olduqları təlim-tərbiyə və təhsilin, istərsə də ətrafındakıların təsiri ilə onlara edilən bu təbliğə mənfi münasibət göstərə, hətta dinləməyi belə rədd edə bilər. Hər insanın qısa müddət ərzində iman gətirməsini düşünmək sadəlövhlük olar. Bu səbəbdən də təbliğ edərkən ilk öncə fitrətən dinə meylli olan və vicdanlı insanları seçmək lazımdır. Əksinə, dini bütün hərəkətləri ilə dinə qarşı çıxan təkəbbürlü birisinə təbliğ etməyin heç bir xeyri yoxdur. Allah kitabında belə buyurur:
“Şübhəsiz ki, sən nə ölülərə başa sala bilər, nə də dönüb gedən karlara çağırışı eşitdirə bilərsən! Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar” (“Nəml” surəsi, 80-81).
İman gətirənlər və gətirməyənlər arasındakı fərq başqa bir surədə belə bildirilir:
“And olsun ki, onların əksəriyyəti barəsində o söz həqiqət olmuşdur, çünki onlar iman gətirməzlər. Biz onların boyunlarına dəmir həlqələr keçirtmişik. O həlqələr onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. Biz onların önlərinə və arxalarına sədd çəkib bağlamışıq. Buna görə də görmürlər. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün birdir: iman gətirməzlər! Sən ancaq Qurana tabe olub görmədən Rəhmandan qorxan kimsəni qorxuda bilərsən. Beləsinə bağışlanacağı və çox gözəl bir mükafata nail olacağı ilə müjdə ver!” (“Yasin” surəsi, 7-11).
Mömin təbliğat aparmağa başladığı zaman bu məhdudiyyətlərə görə düşünməlidir. Əgər ünsiyyət qurduğu şəxsdə az da olsa vicdan və səmimiyyət əlaməti görmürsə, təbliğdə israr etmək vaxt itkisi demək olacaqdır. Çünki bir çox ayədə vurğulandığı kimi, insanların çoxu iman gətirməzlər. Möminin vəzifəsi bu çoxluğun arasında yaşayan, ancaq ürəyi imana meylli olan nadir insanları tapıb onları iman gətirməyə dəvət etməkdir.

2. Təbliği Qarşıdakı Insan Haqqında Qənaətə Gələnədək Davam Etdirmək

Yuxarıda söylədiklərimizə baxmayaraq bir insanın imana meylli olması hesab oluna və bununla da təbliğə başlana bilər. Ancaq təbliğ aparılan zaman izahlardan, reaksiyalardan, göstərdiyi münasibətlərdən onun dinə baxışını müəyyən etmək olar. Bu səbəbdən əgər insanın səmimiyyətinin bir əlaməti yoxdursa, təbliği onun haqqında bir qənaətə gələnə qədər davam etdirmək lazımdır. Bu məqamda əgər danışılan şəxsin dinə meylli olmadığı anlaşılsa, möminlər qiymətli vaxtlarını daha xeyirli işlərə və yenə təbliğə xərcləmək üçün bu insandan ayrılırlar.
Bu məqamda unudulmamalıdır ki, qarşı tərəfin iman gətirib-gətirməməsi ilə möminə qiymət verilməz. Möminin vəzifəsi sadəcə olaraq dini təbliğ etməkdir, hidayət vermək isə Allaha məxsusdur. Möminin uğuru ancaq təbliğ fəaliyyətini tam mənada, Allahın istədiyi kimi yerinə yetirməsi ilə ölçülər. Təbliği lazım olan yerdə kəsib daha xeyirli bir işə istiqamətlənmək isə yenə Allahın rizasına uyğun bir hərəkətdir. Mömin imana qarşı çıxan insana hz.Hudun öz qövmünə söylədiyi aşağıdakı söz kimi bir tərzdə üz tutmalıdır:
“Əgər üz çevirsəniz, bilin ki, mən sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!” (“Hud” surəsi, 57).

3. İnsanın Müqavimətini və Səmimiyyətini Incələmək

Təbliğat aparan mömin danışdığı insanın hərəkətlərini ölçüb-biçməli, qarşısındakının söylənənlərə münasibətini diqqətlə incələməlidir. İnsanın qavrama imkanlarına görə bəzən mövzunu, üslubunu dəyişdirməsi və ya onun ruh halına, anlama qabiliyyətinə görə müəyyən bir vaxt ayırması lazım gələcək. Yalnız bu şəkildə təbliğdə bir manevrdən yararlanmaq və təbliğ edilən insana faydalı, ən uyğun münasibət göstərilmiş mümkün olar. Bu üsulla insanın səmimiyyətini də ölçmək olar. Əgər dini öyrənməyə meyli varsa, davam edilir, lakin mənfəət əldə etmək kimi fərqli bir düşüncəsi yaxud da səmimi olmaması qənaəti varsa, vaxtı boş yerə itirmək olmaz.
Bir mövzu anladıldıqdan və ya bir məlumatı verdikdən sonra qarşı tərəfin münasibətinə diqqət yetirmək və ondan sonrakı mövzunu ona uyğun müəyyən etmək Quranda hz. Süleymanın istifadə etdiyi bir üsul kimi bildirilir. Hz.Süleyman dəstəsindəki Hüdhüdün vasitəsilə Səba hökmdarına bir məktub yolladığı zaman Hüdhüdə bu əmri verir: “Mənim bu məktubumu aparıb onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!” (“Nəml” surəsi, 28).

4. İnsanın Imanı Güclənməyincə Ibadətə Dair Təkliflər Verməmək

Dini təzəcə tanıyacaq insanların ilk öncə Allaha və axirət gününə iman gətirməsi təmin edilməlidir. Çünki dinin vacib bildiyi şeyləri etməsi üçün bunların məntiqini qavramalı, bu ibadətləri şüurlu olaraq və öz istəyi ilə etməlidir. Belə olmasa, yamsılayaraq nə etdiyini bilməz və ya məntiqini bilmədiyi üçün etmək istəməz. Bu səbəbdən bir insanı dini ibadətləri yerinə yetirmək istəyəcəyi və anlayacağı imani səviyyəyə gətirmək mühüm məsələlərdəndir. Bu müddət ərzində o, soruşana və ya tətbiq edəcəyi qənaəti formalaşana qədər ibadətə aid təkliflər verməmək də olar. Onsuz da Allaha səmimi bir qəlblə iman gətirən və axirət gününə inanan bir insan da vaxtı gəldikcə Quranda göstərilən ibadətləri yerinə yetirməyi özü istəyəcəkdir.

5. Möminlərin Güc və Əzəmətini Göstərmək

Cahil cəmiyyətdə dinin yalnız kasıb insanlara xitab etdiyinə dair batil inanc var. Şübhəsiz ki, bu, məntiqsiz bir sözdür, çünki İslam bütün insanları eyni yola, Rəbbi olan Allahın yoluna dəvət edir. Ancaq cahillərin düşündüyü bu yanlış inancın darmadağın olması üçün bəzən “hərəkətli” nümunələrə ehtiyac var. Dünyanın gözqamaşdıran nemətlərini əldə etmişkən, böyük bir zənginliyə və gücə sahibkən ixlaslı bir şəkildə islamı yaşayan və bəhsi keçən imkanlarından da din yolunda istifadə edən müsəlmanlar cahillərin öz fikirlərindən ayrılması üçün ən yaxşı nümunədir.
Üstəlik insanlar qüvvəyə, zənginliyə və əzəmətə həsəd aparmağa meyllidir. Gözəl əxlaqlı, səmimi, ancaq maddi tərəfdən güclü olmayan müsəlmanlardan uzaqlaşıb bəsit və əxlaqsız insanlara sonuncular sırf zəngin olduqları üçün rəğbət bəsləmələrinin, onlar kimi olmaq istəklərinin səbəbi budur. Ancaq möminlərin inkarçılardan da çox zənginlik və əzəmət içində görünməsi onların əlindəki bu “psixoloji” mənfəəti möminlərin lehinə çevirəcək.
Quranda hz. Süleymanın güc və əzəmətini və bunlardan təbliğdə istifadənin vacibliyinin vurğulanmasının səbəblərindən biri də budur. Ayədə hz. Süleymanın mülkündən təsirlənən Səba məlikəsinin təslim olması belə qeyd edilir:
“Ona belə deyildi: “Saraya daxil ol!” Sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı. O: “Bu büllurdan tikilmiş bir saraydır!” - dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!”” (“Nəml” surəsi, 44).
Hz. Süleymanın etdiyi kimi, Allahın verdiyi nemətlərdən Allahın dinini tanıtmaqda istifadə edilməsi də bir ibadətdir. Hz. Süleyman hazırlatdırdığı bir çox sənət əsərindən bu məqsədlə istifadə etmişdir. Digər möminlər də malik olduqları qüvvə və əzəmətdən dinin yayılması üçün vasitə kimi istifadə edə bilərlər.

6. İzah Edilənlər Haqqında Düşündüklərini Soruşmaq

Heç vaxt unutmaq lazım deyil ki, təbliğ yalnız bir “anlatma” işi deyil. Qarşı tərəfin fikirlərinin öyrənilməsi, suallarına cavab verilməsi, onu narahat edən məsələlərin dəlillərlə aradan götürülməsi lazımdır. Buna görə ünsiyyət zamanı onun fikri soruşulmalı, əmin olub-olmadığına nəzarət edilməli və buna uyğun olaraq yeni mövzuya və ya üsluba keçilməlidir.
Quranda rəsulların istifadə etdiyi metodlara nəzər salsaq, onların sorğu-sual yolu ilə qövmlərinin fikirlərini öyrəndiyini görürük. Qövmünə “Ey qövmüm, fikirləriniz nədir, deyə bilərsinizmi?...” (“Hud” surəsi, 88) deyə soruşan hz. Şüeyb buna bir nümunədir. Hz. İbrahim isə bir-birinin ardınca gələn suallarla qövmünə təbliğ edir:
“Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu bilirdik. İbrahim atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” - dediyi zaman onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” - deyə cavab vermişdilər. İbrahim onlara: “And olsun ki, siz də, atalarınız da açıq-aşkar azmısınız!” - demişdi. Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? - deyə soruşduqda İbrahim belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm! Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!” Onlar gedən kimi İbrahim bütləri parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. Onlar dedilər: “Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalimlərdəndir!” Müşriklərin bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” - dedilər. Qalanları: “Bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qabağına gətirin!” - dedilər. Müşriklər İbrahimi tapıb gətirərək: “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” - deyə soruşdular. İbrahim sındırmadığı iri bütü göstərib: “Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” - deyə cavab verdi. Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalimlərsiniz” - dedilər. Sonra yenə də öz küfrlərinə qayıdaraq İbrahimə: “Axı sən bilirsən ki, bunlar danışmırlar!” - dedilər. İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, başa düşmürsünüz?”” (“Ənbiya” surəsi, 51-67).
Təbliğat aparan mömin anlatdıqlarının təsirini ölçmək, hansı anlatma üsuluna üstünlük verəcəyini bilmək və həmsöhbətinin qavrama tərzini yoxlamaq üçün arabir suallar verməlidir. Qarşısındakının fikirlərində irəliləyiş olub-olmadığını ölçməli, söylənənlər haqqında nə düşündüyünü öyrənməlidir. Bu yolla insanın həm səmimiyyətini, həm də nəyi necə söyləyəcəyini təyin etmiş olur.

7. İnsanın Xarakterinə Ən Çox Uyğun Gələn və Ən Təsirli Izahat Metodundan Istifadə Etmək

Təbliğin təsiredici olması üçün söylənənlərin həqiqətə uyğun olması ilə yanaşı anlatma vurğusunun gücü də nəzərə alınmalıdır. Həmçinin, Quranda“Rəbbinin yoluna hikmətlə və gözəl öyüdlə çağır...” (“Nəhl” surəsi, 125) hökmü verilir.
Anlatmaq istənilənin üzərində önəmlə durub mövzunun təsirli nümunələrlə, insanın ehtiyacını tam ödəyəcək şəkildə izah edilməsi bunun bir formasıdır. Bununla yanaşı hər kəsin fərqli xarakteri və fərqli ehtiyacları olduğundan eyni danışıq tərzi və xitabdan yararlanmaq olmaz. Buna görə də müxtəlif insanlara fərqli üslublar tətbiq ediləcəyi kimi müxtəlif izahat metodlarından istifadə etmək də öz təsirini göstərəcəkdir. Məsələn, bir mövzunu lazım gəldikdə geniş şəkildə, ətraflı olaraq söyləməyin xeyri ola bilər. Bəzən isə arada söhbət açıb qısa və konkret fikirlər söyləmək olar. Bu metodlar qarşıdakı insanın qavrama qabiliyyətini, vəziyyətini və hansı şəkildə daha çox təsirlənəcəyini müəyyən olunmaqla tətbiq edilir.

8. İnsanı Fikirləşməyə Sövq Etmək

Sual verməyin məqsədi qarşı tərəfin fikrini öyrənməklə yanaşı onu müəyyən bir mövzu üzərində düşünməyə vadar etmək də ola bilər. Bu ikincisi təbliğat apararkən çox təsiredici bir metoddur.
Cahil cəmiyyətin xüsusiyyətlərindən biri də Quranda buyrulduğu kimi, düşünməyi bilməməsidir. Bu toplum həyatın həqiqi mənasını düşünməyib sadəcə qazanacağı pul və ya edəcəyi iş haqqında düşünür. Heç biri kainatın necə yarandığını, sahib olduqları bədənin kimin tərəfindən yaradıldığını, ölümlə bərabər insanın hara getməsi kimi təməl iman mövzuları haqqında düşünmür. Fikirləri də sadəcə öz fərdi maddi maraqları üzərində qurulur.
Elə bu səbəbdən də insanı mütləq düşünməyə sövq etmək lazımdır. Həm içində yaşadığı sistemin əyriliyini görməsi, həm də imana aid mövzuları qavraması üçün bu, onun həyatı qədər önəmlidir. Düşünmək insanın öz-özünə bəzi suallar verməsinə, çatışmazlıq və qüsurları görməsinə və düşdüyü vəziyyətdən sıxıntı keçirməsinə səbəb olacaq. Quranda düşünməyin insanlar üçün böyük faydasından da bəhs olunur. Məsələn, bir yerdə insanlara belə xitab edilir:
“De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər” (“Ənam” surəsi, 46).
Başqa ayələrdə də yenə düşünməklə bağlı məsələlər var: “De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: “Allahdır!” -deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə necə döndərilirsiniz?”” (“Yunis” surəsi, 31-32). Hz. İbrahim də qövmünün azğınlığının səbəbini onları düşündürərək özlərinə tapdırır:
“Onlara İbrahimin hekayətini söylə! O zaman ki o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?” Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” - deyə cavab vermişdilər. İbrahim demişdi: “Onları çağırdığınız zaman sizi eşidirlərmi?” Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!” - deyə cavab vermişdilər” (“Şuəra” surəsi, 69-74).
İnanmaq insanın öz iradə və istəyinə veriləcəyi üçün mühüm olan məsələ onu həqiqətlər üzərində düşünməyə sövq etməkdir. Doğrunu görə bilmək üçün insan gərək mövzu haqqında mühakimə yürüdə bilsin. Bu səbəbdən mömin təbliğat apardığı insanı düşünməyə sövq edən tərzdə söhbətlər aparmalıdır.

9. Atalarının Dininin Təsirindən Qurtarmaq

İnsanlarda yaşadığı cəmiyyətin yüz illər boyu meydana gətirdiyi adət-ənənəyə uymaqda, atalarından qalan adətləri davam etdirməyə bir meyllilik var. Əlbəttə, əgər bu adət-ənənə Qurana uyğundursa, bunun bir qorxusu yoxdur. Ancaq Quranda bildirilən həqiqətlərə, islam qanununa zidd tərəfləri varsa, - çox vaxt belə olur - Allah bunları qadağan edir. Çünki müsəlmanın yol göstərəni Allahın endirdiyi Kitabdır: bu ilahi yol göstərənə qarşı çıxdıqları zaman nə atalarının, nə də başqa “müdrik” insanların miras qoyduğu ənənə və qanunlar onun üçün heç bir məna kəsb etmir. Aşağıdakı ayə mövzunu açıq şəkildə hökmə bağlayır:
“Onlara: “Allahın nazil etdiyinə tabe olun!” - deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!” - deyə cavab verərlər. Bəs şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə?” (“Loğman” surəsi, 21).
Bu mühüm mövzu şübhəsiz ki, dinin təbliğ edildiyi insana da anladılmalı, o insan “ataların dini”nin yerinə saf və heç bir təsirə məruz qalmayan bir şəkildə Qurana uymağa dəvət edilməlidir. Əks halda onun islamı qavraması və həyata keçirməsi mümkün olmayacaq.

10. Cahil Həyatını Tərif Etmək və Təsirlərini Ortadan Qaldırmaq

Təbliğ edilən şəxsə anladılması vacib olan yararlı məsələlərdən biri də içindən çıxdığı cahil cəmiyyətin səfalətidir. Beləcə, bu yanlış quruluşu İslam əxlaqının mükəmməlliyi ilə müqayisə edə və aradakı fərqi açıq şəkildə görə bilər.
Dindən uzaq qalmış cəmiyyətlərin yaşayış sistemində insanların əxlaqi təməli, ədalət anlayışı tamamilə tənəzzülə məruz qalmışdı. İctimai münaqişə və qeyri-sabitlik çoxalır, cinayətlərin sayı artır. Ədalətsizliklər də eyni nisbətlə çoxalır. Allahın elçiləri cəmiyyətlərinə yaşadıqları bu azğın vəziyyəti tərif etmiş, nicat tapmaq üçün Allahın buyurduqlarını tapdamamağı və bunlara bağlı qalmağı tövsiyə etmişlər. İnsanların ictimai və fərdi çatışmazlıqların din vasitəsilə aradan götürüləcəyinə, Allahın hökmlərinin cəmiyyətdə tətbiq edilməsi ilə o ədalətsiz sistemin avtomatik olaraq dəyişəcəyinə inanması onları dinə yaxınlaşdıran mühüm səbəblərdən biri olacaq.
Hz.Yusif zindanda ondan yuxu yozumunu soruşan iki şəxslə danışarkən bunları söyləyir:
“...Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim! Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükür etməz! Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?! Allahdan qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz!” (“Yusif” surəsi, 37-40).
Hz. Yusif təbliğat apardığı insanlara yaşadıqları cəmiyyətin müşrik xarakterini başa salmış və “ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?!” deməklə şirklə tövhid arasındakı böyük fərqi göstərmişdi. Şübhəsiz ki, bunu çox ətraflı bir şəkildə də etmək olar. Müşrik xarakterinin meydana gətirdiyi eqoist, tamahkar, mənfəətçi, bəsit və kobud insan modelini anlatmaq və bunun müqabilində möminlərin saf xüsusiyyətlərini sadalamaq olar. Şirk nizamının ədalətsiz, zülmkar, saxtakar və mənafe güdən quruluşu təsvir edilə və bunun müqabilində İslamın yaratdığı ideal quruluş ortaya qoyula bilər.
Bu növ müqayisələr cahillərin içindən çıxıb gəlmiş insanı o sistemdən tamamilə uzaqlaşdırıb islamla şərəfləndirmək üçün çox yararlıdır. Nümunələr isə qarşı

11. Danışıqlarda Istiqamətverici Olmaq

Mömin təbliğat apararkən əsl məqsədinin qarşı tərəfə dini anlatmaq və onun inamına vəsilə olmaq olduğunu heç vaxt unutmamalıdır. Çünki qarşı tərəf böyük ehtimalla mövzunu başqa tərəfə çəkməyə meyllidir. Bunu fikrini dini mövzulara cəmləməkdə çətinlik çəkməsi, vicdanında narahatlıq duyması və yaxud da ciddi olmaması kimi müxtəlif səbəblərdən edə bilər.
Mömin bu mövzuda diqqətli davranmalıdır. Əlbəttə ki, eşitmək istəməyən, darıxan birinə nəyisə başa salmağın bir mənası yoxdur. Şüurlu şəkildə mövzunu dəyişdirərək başqa bir üsluba keçmək və qarşı tərəfə dincəlmək üçün vaxt vermək olar. Ancaq söhbətə nəzarət hüququnu qarşı tərəfə verərək onun boş və lazımsız fikirləri ilə və ya əlacsız problemləri ilə məşğul olmaq böyük xəta olacaqdır.
Bir sözlə, mömin danışanda mütləq istiqamətverici olmalıdır. Qarşı tərəfin eşitmək istədiklərindən çox öz fikirlərini söyləməlidir. Hz. Yusifin zindandakılarla danışarkən yararlandığı metod bu baxımdan yaxşı bir nümunədir:
“Onunla birlikdə iki cavan oğlan da zindana atıldı. Onlardan biri dedi: “Mən (yuxuda) gördüm ki, şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!” Yusif belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim! Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükür etməz! Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?! Allahdan qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz! Ey iki zindan yoldaşım! Sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!”” (“Yusif” surəsi, 36-41).
Göründüyü kimi, hz. Yusif ona yuxu yozumunu soruşan insanlara əvvəlcə bir təbliğat aparmış, suallarının əsl cavabını isə axırda vermişdir. Əgər əvvəlcə yuxunun yozumunu söyləsə, sonra təbliğata başlasaydı, bəlkə də onu daha az maraqla dinləyəcəkdilər.
Eyni şəkildə hz. Musa da Fironla danışarkən istiqamətverici bir üslubdan yararlanır:
“Firon soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?” Musa belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim xəta etməz və unutmaz!” O ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik” (“Taha” surəsi, 51-53).
Hz. Yusifin və hz. Musanın danışıqlarında göstərdiyi bu “ağıl” möminlərin də hər zaman müdrik, ağıllı və yolgöstərici bir danışıq üslubundan istifadə etmələrinin vacibliyinə işarədir. Mömin söhbətin ümumi gedişatına hakim olmalı, söhbəti qarşısındakının istəyinə uyğun şəkildə deyil, özünün lazım bildiyi və çox faydalı olacağına inandığı şəkildə aparmağı və istiqamətləndirməyi bilməlidir.

12. Ilk Müqaviməti Təbliğatı Aparanın Göstərməsini Gözləyib Buna Görə Üsul Təyin Etmək

Danışıqda istiqamətverici olmağın üsullarından biri də əvvəlcə qarşı tərəfin fikrini və ya ideyasını öyrənib sonra da buna görə bir mövzu və üslub təyin etməkdir. Bu, qarşı tərəfi çox tez tanımaq üçün şərait yaradar və möminin həmsöhbətinin ehtiyacı olmayan bir mövzudan danışaraq vaxtı itirməsinin qarşısını alar.
Quran bu incə taktikanı hz. Musa qissəsində verir. Hz. Musa ilə Fironun cadugərləri arasındakı dialoq belədir:
“Firon tayfasının əyanları dedilər: “Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır. O sizi yurdunuzdan çıxartmaq istəyir!” Firon da: “Elə isə tədbiriniz nədir?” deyə soruşdu. Onlar dedilər: “Onu qardaşı ilə birlikdə saxla və şəhərlərə sehrbazları yığan adamlar göndər ki, nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!” Sehrbazlar fironun yanına gəlib dedilər: “Əgər biz üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!” Firon: “Bəli, şübhəsiz ki, siz ən yaxın adamlardan olacaqsınız!” - deyə cavab verdi. Sehrbazlar dedilər: “Ya Musa! Ya sən at, ya da biz ataq!” Musa: “Siz atın!” - dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər. Biz də Musaya: “Əsanı tulla!” - deyə vəhy etdik. Bir də baxıb gördülər ki, əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. Sehrbazlar orada məğlub edildilər və xar olaraq geri döndülər” (“Əraf” surəsi, 109119).
Hz. Musa Fironun sehrbazlarına “əvvəlcə siz atın” deməklə uğur əldə etmişdir, bu üsul rəsulların yolunu davam etdirən möminlər üçün də hər zaman yararlanacaqları bir qaynaqdır. Əvvəlcə qarşı tərəfin fikrini soruşmaq, əvvəlcə onun düşündüklərini ortaya çıxarıb buna nəzərən bir münasibət və anlatma tərzi

13. İnsanı Səhv Davranışlardan Çəkindirən Üslublardan Istifadə Etmək

“Yaxşılığı əmr edib pislikdən çəkindirmə” Quranın müxtəlif ayələrində əmr edilən çox önəmli bir ibadətdir. Bu ibadətin təbliğat aparılan insana qarşı tətbiq edilməsinin vacibliyi də açıqdır: yalnız təbliğat aparmaqla, yəni “yaxşılığı əmr etməklə” kifayətlənməyəcək, eyni zamanda “pislikdən çəkindirmə” hökmü də tətbiq ediləcəkdir.
İnsanı səhv hərəkət və düşüncələri ortaya çıxarılaraq Quran ayələrinə görə, doğru olanlar izah edilməlidir. Yenə eyni hərəkətləri etsə, rəzil bir hala düşəcəyi söylənməlidir. Qarşı tərəfin xətaları əsla ona qarşı deyil, sanki üçüncü bir şəxsdən bəhs edilmiş kimi söylənə bilər. Bunları davam etdirməsinin ağıl və vicdandan kənar bir davranış olacağını söyləyərək doğruları tətbiq etməyə yönləndirilir.

14. Dolayı Yolla Anlatmaq

Qarşılıqlı söhbətlərdə çox vaxt insanın şəxsinə bir xitab tərzindən istifadə edilir. Ancaq bir təbliğ metodu olaraq bundan başqa bir də başqa şəxslər və insanlar nümunə götürülərək, bəzi izahatlar verilərək, amma yenə qarşıdakına çatdırılmaq istənənləri söyləmək mümkündür. Bu da təbliğat aparanla təbliğ edilən arasında yaranacaq gərginliyi əngəlləmək yaxud da onun müdafiə psixologiyasına girərək ona söylənənlərə qulaq tıxamasına mane olmaq üçün faydalı bir metoddur.

15. Vicdanlı və Həssas Olmağa Istiqamətləndirmək

Təbliğdəki məqsəd sadəcə məlumat vermək, yəni öyrətmək deyil. Əksinə, bundan daha mühüm olan iş qarşı tərəfin vicdanını oyandırmaq, onu səmimi bir nəfs mühasibəsinə sürükləməkdir. Bunun üçün də iki tərəf arasında səmimi və isti bir dialoqun, öyrədici üslubdan çox köməkedici bir üslubun qurulması lazımdır. Hz. İbrahimin qövmü ilə olan dialoqu nəticəsində aparıcı inkarçıların bir vicdan mühasibəsi etmək məcburiyyətində qalması buna nümunədir. Quranda belə deyilir:
“Onlar gedən kimi İbrahim bütləri parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb dedilər: “Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalimlərdəndir!” Müşriklərin bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” - dedilər. Qalanları: “Bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qabağına gətirin!” - dedilər. Müşriklər İbrahimi tapıb gətirərək: “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” - deyə soruşdular. İbrahim sındırmadığı iri bütü göstərib: “Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” - deyə cavab verdi. Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, za- limlərsiniz” - dedilər” (“Ənbiyə” surəsi, 58-64).
Bu qissədən də göründüyü kimi, vicdan insanın içindəki doğru yol göstərəndir. İnsanlar vicdanlarına uyduğu zaman düzgün hərəkət edirlər. Bu, dinin özündə də var. Allah rizasına ən uyğun olan davranışı insana vicdanı vasitəsilə bir növ ilham edər. Buna görə də dini öyrənən insanın vicdanı qarşısında ondan səmimi olaraq istifadə etməsini əngəlləyən şeylər varsa (məsələn, ətrafın təsirindən çəkinmək, adətlərdən əl çəkmək və s. kimi), bu əngəlləri ortadan qaldırmaq və onu vicdanına itaət etməyə istiqamətləndirmək lazımdır.

16. Müstəqil Düşünməsini Təmin Etmək

İnsanın doğrunu görə bilməsi, doğru qərar verə bilməsi, Quran ayələrinə görə, yanlış düşüncəsini doğru ilə əvəz edə bilməsi üçün müstəqil düşünməsi əsas şərtdir. Bunun üçün ağlın təzyiqlərdən uzaq olması, təəssübdən təmizlənməsi lazımdır. Dini təzə öyrənən bir insanı cahil cəmiyyətdə bunlara nail olmayacağını düşünərək müstəqil düşünməsini əngəlləyəcək səbəbləri aradan götürən izahlar vermək olar. Bu şəkildə rahat olması üçün şərait hazırlamaq söylənənlərin təsirini artıracaq.

17. Təzyiq Göstərməmək və Məcbur Etməmək

Təbliğat aparan qarşısındakına bir şeyi inandırmaq, fikrini ona qəbul etdirmək məcburiyyətində deyil. Onun üzərinə düşən iş sadəcə Allahın dinini təbliğ etməkdir. Hidayəti və iman gətirməsini ona Allah verəcəkdir. Bu səbəbdən təzyiq göstərməsinin və məcbur etməsinin heç bir köməyi olmayacaq. Həmçinin, Quran “Artıq sən öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən. Onların üzərində hakim deyilsən” (“Gaşiyə” surəsi, 21-22) və ya “Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?” (“Yunis” surəsi, 99) kimi hökmlərlə mömini bu davranışdan uzaqlaşdırır. Təzyiq göstərməmək və qarşıdakı insanı inanmaqda sərbəst buraxmaq təbliğat aparanın səmimiliyinə və bir mənfəət düşünmədiyinə dair təsəvvür oyadacağı üçün söylənənləri daha təsirli edəcək.

18. Söylənənlərə Biganə Qalmamasını Təmin Etmək

Görünüşdə onlarla danışmağın çox asan, ancaq əslində ən çətin olan insanlar söylənənlərə biganə qalanlardır. Çünki bu tip insanların fikirlərini öyrənmək asan deyil. Söylənənlərə susaraq və ya münasibət göstərmədən təsdiq etmiş kimi görünmələri ilə danışılanları qəbul etdikləri zənn edilir. Əslində daxilən bunu qəbul etmir və ona maraq göstərmirlər. Əks fikirlə mübahisə edən biri heç olmasa reaksiya göstərir və nəhayətdə bir nəticə əldə edilə bilir. Qərarsız və biganə insanın vəziyyəti daha dolaşıq olur. Belə insanları mövzuya cəlb etmək üçün normal danışıq tərzindən başqa onlarda maraq oyatmaq üçün çox təsiredici üsullardan istifadə etmək lazımdır. Məsələn, ölümdən bəhs edib onun da bir gün çürüyüb torpağa qarışacağından, maddənin əslindən və ya onun çox böyük əhəmiyyət verdiyi dəyərlərin boş, mənasız olmasından bəhs edib onu bu vəziyyətdən çıxarmaq olar. İnsanların maraq göstərməsini bu şəkildə təmin etmək olar.

19. Hər Kəslə Layiq Olduğu Şəkildə Davranmaq

Allahın elçilərinin təbliğat zamanı onlara göstərilən rəftara görə bir üslubdan yararlandığını görürük. Bəzən çox mülayim danışıq tərzindən yararlanan elçilər bəzən də Allahın əzabı ilə qorxudaraq sərt bir danışıq üslubu və davranış tərzi göstərirlər. Həmçinin Allah da insanların dinə və möminlərə qarşı olan rəftarına görə onlara müxtəlif cür davranmağı məsləhət görmüşdür. Məsələn, ikiüzlülərə, Quran ayələrinə qarşı mübarizə aparanlara, inkar edənlərə qarşı sərt davranmağı uyğun görərkən (“Tövbə” surəsi, 73) aman istəyən bir müşrikə də aman verməyi söyləmişdir (“Tövbə” surəsi, 6). Bunun kimi təbliğat aparan mömin də qarşısındakının dinlə və möminlərlə rəftara görə bir üslub və tərz göstərə bilər. Danışıq tərzində və mövzuların izahında dozanı insanların vəziyyətinə görə azaldıb-çoxalda bilər. Üstəlik hərənin bir cür təsirlənməsi və ehtiyacı ola bilər. Kimisini mülayim sözə, kimisinin də konkret bir izaha ehtiyacı var. Bu, bir həkimin qarşılaşdığı müxtəlif xəstələrə aspirin verməkdən, iynə vurmaqdan əməliyyat etməsinə qədər ən müxtəlif müalicələr aparması kimi bir şeydir.

20. Süquta Uğramış Əvvəlki Cəmiyyətlərdən Danışmaq

İnsanı inkara aparan faktorlardan biri ona əbədi olaraq yaşayacağı, heç ölməyəcəyi hissini verən bir aldanmadır. Cavanlar həmişə cavan qalacaqlarını və ya çox uzun müddətdən sonra yaşlanacaqlarını zənn edirlər. Orta yaşlılar da özlərini ömürlərinin uzun olması təsəllisi ilə ovudurlar. Ətraflarındakı mədəniyyət də onların aldanmasına səbəb olur. İnsanlar tərəfindən qurulmuş yüksək binalar, bəzəkli və gözqamaşdırıcı əsərlər, evlər, maşınlar və s. hamısı onlara yaşadıqları həyatın əbədi və sağlam olması ümidini verir.
Əslində bu aldanma kainatın ilk və ən böyük aldanmasından başqa bir şey deyil. Hz. Adəmin və həyat yoldaşının cənnətdən qovulmalarına səbəb şeytanın“sənə əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?” (“Taha” surəsi, 120) şəklindəki ifadəsi olmuşdur.
Elə bu səbəbdən də qarşı tərəf, yəni təbliğ edilən çox böyük bir fitnədən qorunmalıdır. Özünü və ətrafdakıları əbədi və sağlam bir varlıqlar cəmiyyəti kimi görməməli və əslində hər şeyin və hamının Allahın iradəsi ilə var olan və O, diləyəndə yox olacaq bir xəyal, fəhm olduğunu öyrənməlidir. Bilməlidir ki, kainatdakı bütün həyat Allahın “Hayy” (“Həyat verən”) sifətinin görünməsindən başqa bir şey deyil. və Allah bu görüntüləri çox zəif və müvəqqəti bir təbiətdə yaratmışdır.
Əvvəllər yaşanmış və Allah tərəfindən yox edilmiş cəmiyyətlərin xəbərləri təbliğat aparılan insanın beyninə yerləşmiş bu aldanmanın silinməsi üçün yararlı ola bilər. Neçə-neçə güclü qövmlər, böyük mədəniyyətlər sırf Allahın əmrinə itaət etmədikləri üçün qorxunc bir şəkildə məhv edilmiş, Onun qəzəbinə gəlmişlər. Quranda belə bildirilir:
“Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Göydən onlara bol yağış göndərmiş, altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq” (“Ənam” surəsi, 6).
Allahın elçilərini göndərdiyi bütün cəmiyyətlər dini yalan saymaları və rəsullara qarşı çıxmaları nəticəsində Allah tərəfindən süquta uğradılmışlar. Quranda bu həqiqət “Nəhayət onlar onu təkzib etdilər və buna görə də buludlu günün əzabı onları yaxaladı. Həqiqətən o gün əzabı böyük bir gün idi” (“Şuəra” surəsi, 189) ayəsi ilə bildirilir. Bir başqa ayədə isə belə deyilir:
“Biz heç bir məmləkəti ora peyğəmbərlər göndərmədən məhv etmədik! Peyğəmbərləri öyüd-nəsihət vermək üçün göndərdik. Biz zalim deyilik!” (“Şuəra” surəsi, 208-209).
Həlak olmuş qövmlərin anladılması, hətta bunlardan qalan arxeoloji tapıntıların göstərilməsi və içində yaşanılan qövmün də Allah istərsə hər an dağıla biləcəyini anlatması təbliğat aparılanın Allahdan başqa inandığı şeylərin mühüm bir qismini yox edər. Böyük bir güc olaraq qəbul etdiyi mədəniyyət və texnologiyanın insanları Allahın aciz bir bəndəsi olmaqdan uzaqlaşdırmadığını, Allahdan başqa da gücünə inanılacaq və qorxulacaq bir qüdrət sahibi olmadığını ona hiss etdirir.

21. Ölümü Xatırlatmaq

Mədəniyyətlərin və cəmiyyətlərin məhvi qədər bəlkə də daha çox düşündürücü və “ayaqları yerə bağlayan” bir mövzu varsa, o da insanın məhvi, yəni ölümüdür. Bu səbəbdən insanların çoxu başqalarının ölümünə şahid olduqları halda özlərinin də bir gün mütləq bu aqibətlə qarşılaşacaqlarını, öləcəklərini düşünmür. Bundan həmişə qaçır, sanki heç ölməyəcəklərmiş kimi özlərini aldadırlar. Ölümdən heç bəhs etmir, onu düşünməkdən qaçır və böyük bir qəflət içində yaşayırlar. Halbuki, Allah bu hökmü verir:
“Qorxub Qaçdığınız Ölüm Sizi Mütləq Yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!” (“Cümə” surəsi, 8).
İman gətirənlər isə inkarçıların əksinə olaraq tez-tez ölümü düşünür, etdiklərinin hesabını verəcəklərini bildikləri üçün hər an Allahı razı salmağa çalışırlar. Dini öyrənməyə, Allahı tanımağa başlayan birisinin ölümü düşünməsi, hər an hər yerdə öləcəyini bilməsi onu dərrakəli davranmağa və dini saf bir şəkildə yaşamağa sövq edir.
Bu səbəbdən də insanın imani şüurunu açan bu mühüm mövzunun qarşı tərəfə anladılması çox lazımlı və xeyirlidir. Onun ölüm haqqında düşünməsinin dünyanın müvəqqətiliyini anlayıb dinə yönəlməsinə böyük təsiri olacaq.

22. İnsanın Acizliyini Anlatmaq

Allahı gərək olduğu qədər qiymətləndirməyən bir insan özünün mahiyyətini də qavraya bilməz. Allahın böyüklüyünü və qüdrətini anlamamışsa, özünün acizliyini də dərk bilməz. Bu səthi düşünən insan hər şeyi özünün etdiyini, güclü olduğunu, həqiqətdə Allahın sahib olduğu surətlərə özünün də sahib olduğunu zənn edib öz-özünə lovğalanır. Bu düşüncəyə görə də hər şeyi azğın bir anlayışla görür. Bu səbəbdən onun ətdən, sümükdən olduğunu, damarından cüzi bir zədədən ölə biləcəyini, bədənindəki heç bir şeyə az da olsa təsirinin olmadığını, ağzı qoxuyan, gözü, qulağı, burnu çirklənən, ayaqyoluna ehtiyacı olan aciz və zəif bir varlıq olduğunu yaxşıca tərif etmək lazımdır. Üstəlik onu yaşadanın, nəzarət edib qoruyanın, ona ruzi verənin, bütün güc və qüvvət sahibinin Allah olduğunu, sahib olduğunu zənn etdiyi şeylərin ona Allah tərəfindən verildiyini və sahibinin də O olduğunu, bir sözlə, Allahın böyüklüyünü və öz acizliyini anlaması üçün şərait yaratmaq lazımdır. İnsanın bilməsi vacib olan ən böyük elm Quranda belə göstərilir:
“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, şükürə layiqdir!” (“Fatir” surəsi, 15).